Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İran Britaniyaya nota verib
İran Britaniyaya nota verib
11 Dekabr 2016 / 8:25 / Baxış sayı: 952
Font1 Font2 Font3 Font4

Britaniyanın Tehrandakı səfiri Nikolas Hapton Britaniyanın baş naziri Tereza Meyin Fars Körfəzi ölkələri başçılarının sammitindəki “müdaxiləedici və düşünülməmiş” çıxışına görə İran Xarici İşlər Nazirliyinə çağırılıb. APA-nın məlumatına görə, bunu İran XİN-nin sözçüsü Bəhram Qasimi deyib.
B.Qasimi deyib ki, XİN rəhbərinin Qərbi Avropa üzrə müavini Britaniya səfirinə baş nazirin “düşünülməmiş” çıxışına görə İran İslam Respublikasının etiraz notasını verib.
B.Qasimi əlavə edib ki, görüşdə həmçinin səfirə bildirilib ki, “xanım Tereza Meyin qeyd olunan sammitdəki məsuliyyətsiz, təhrikedici və ixtilafyaradıcı çıxışı qəbuledilməzdir. Təkidlə bir daha bu cür qəbuledilməz çıxışların müşahidə edilməyəcəyinə ümid edirik. Bu kimi davranışlar əlaqələrin inkişafına dair elan olunmuş mövqeyə ziddir və əlaqələri  korlayır”.
B.Qasiminin sözlərinə görə,  Britaniya səfirinə həmçinin bildirilib ki, “İran İslam Respublikasının regiondakı siyasəti terrorizmlə mübarizədə sülh, sabitlik və təhlükəsizliyin təminidir: “Bir haldakı, regionun bəzi ölkələri açıq-aşkar terrorizmi dəstəkləyirlər. Bu həqiqət Britaniya rəsmilərinin və baş nazirinizin gözündən yayınıb və  bu təəssüfedici və təəccüblüdür”.
Britaniyanın Tehrandakı səfiri Nikolas Hapton da, öz növbəsində, ölkəsini İranla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb və İranın mesajını tez bir zamanda Britaniya XİN və baş nazirin ofisinə çatdıracağını vəd edib.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə