Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Fitch” proqnozunu açıqladı: Azərbaycanda bankların bağlanması davam edəcəkmi?
“Fitch” proqnozunu açıqladı: Azərbaycanda bankların bağlanması davam edəcəkmi?
12 Dekabr 2016 / 23:29 / Baxış sayı: 1326
Font1 Font2 Font3 Font4

“Fitch” beynəlxalq reytinq agentliyi 2017-ci il üzrə MDB və Gürcüstanın bank sektorlarına dair proqnozlarını açıqlayıb.
arxiv.bizimxeber.az APA-ya istinadən xəbər verir ki, hazırda reytinq agentliyinin Rusiya, Ermənistan və Ukraynanın bank sektorları üzrə proqnozu stabildir. Bununla yanaşı, “Fitch”in Qazaxıstan, Azərbaycan və Belarusun bank sektorları üzrə proqnozu neqativdir.
“Bu ölkələrin milli valyutaları kəskin devalvasiya ilə üzləşib. Adıçəkilən ölkələrdə xarici valyuta ilə kreditləşmə olduqca yüksək səviyyədədir. Tənzimləyicilər bankların aktivlərini yenidən qiymətləndirməli və bankların kapitallaşmasına nail olmalıdır”.
Gürcüstan və Özbəkistanın bank sektorları üzrə reytinqi stabildir. Rusiyanın bank sektoru üzrə proqnoz rublun məzənnəsinin və ölkə iqtisadiyyatının stabilləşməsinə əsaslanıb.
Agentliyin mütəxəssisləri qeyd edir ki, Azərbaycan banklarının kapitalına və likvidliyinə təzyiq mövcuddur. Buna səbəb aktivlərin keyfiyyətinin pisləşməsidir.
“Ciddi kapital defisiti və zərərləri nəzərə alaraq, Azərbaycan banklarının maliyyə çətinliyi ilə üzləşəcəyini proqnozlaşdırırıq. Yaranmış vəziyyətdə sektorda “təmizləmə”nin davam edəcəyini düşünürük”, – deyə məlumatda qeyd edilib.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə