Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bükülən “3D” smartfonları yaradıldı -VİDEO
Bükülən “3D” smartfonları yaradıldı -VİDEO
13 Dekabr 2016 / 20:35 / Baxış sayı: 1030
Font1 Font2 Font3 Font4

Bütün bu optik möcüzə “OLED” ekranda baş verir

Kanadalı istehsalçılar bükülən “3D” smartfon prototipini yaradıblar.

“ICTnews” xəbər verir ki, “HoloFlex” adlandırılmış yeni smartfon prototipi Kinqstonda yerləşən “Human Media Lab” laboratoriyasında hazırlanıb. “HoloFlex” tərəfindən göstərilən təsvirlər dərinliyə malik olduğundan adi şəkil üçölçülü kimi görünür. Sözügedən effektin reallaşması üçün eynək tələb olunmur, bütün bu optik möcüzə “OLED” ekranda baş verir.

Təsvirin ekranda göstərilməsi “3D” printerdə çap edilmiş əyriliyə malik mikrolinzalar massivi vasitəsilə həyata keçirilir. Bu texnologiya “3D” təsvirlərin yüksək təsvir ölçüsünü təmin etmək vəziyyətində deyil, təsvir ölçüsü 160 x 104 pikseldir.

İstifadəçi ekranı, sadəcə, bükməklə təsvirin dərinliyini istədiyi kimi tənzimləyə bilər. Bundan başqa, ekranda göstərilən obyektləri yaxınlaşdırmaq olar və hətta onları redaktə etmək mümkündür. Məşhur “Angry Birds” oyununu ekranı bükməklə idarə etmək mümkündür.

Hələ ki kütləvi istehsal barədə məlumat yoxdur,  amma yenilik “3D” sahəsində böyük perspektivlər vəd edir. (istipress)

Bizimxəbər.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə