Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hərbi gəmilər və təyyarələr hərəkətə keçdi! ABŞ-la Rusiya burun-buruna
Hərbi gəmilər və təyyarələr hərəkətə keçdi! ABŞ-la Rusiya burun-buruna
13 Dekabr 2016 / 13:32 / Baxış sayı: 1934
Font1 Font2 Font3 Font4

Ağ dənizdə vəziyyət gərginləşib. Hərbi gəmilər və təyyarələr hərəkətə keçib. ABŞ donanması Ağ dənizdədir. Kiprə yaxın dəniz sularındakı NATO hərbi gəmilərinin altında dolaşan sualtı gəmilər bir təyyarə gəmisini batıracaq dərəcədə güclüdürlər. 

ABŞ donanmasının və digər Qərb qüvvələrinin həyəcan siqnalını verməsindən sonra axtarış işlərinə hərbi təyyarələr də qoşulub.

Avropanın şərqində silahlanma yarışına girən Qərb ölkələri ilə Rusiyanın mübarizəsi bu səfər Ağ dənizi özünə meydan seçdi. Rusiyanın Suriya dövlətinə dəstək üçün yola çıxmış yeganə təyyarə gəmisi “Admiral Kuznetsov”u və digər hərbi gəmiləri Şərqi Ağ dənizdəki Tartusa göndərməsindən sonra NATO gərbi gəmilərini Kipr həndəvərinə göndərib. Kiprin qərbində yerləşən hərbi gəmilər arasında Fransa təyyarə gəmisi “Şarl de Qoll” da var. Müttəfiqlər iki rus sualtı gəmisinin NATO hərbi gəmilərinin altında dolaşdığını güman edirlər.

Bölgədəki ABŞ hərbi gəmiləri və digər qüvvələrin hamısı təyyarə gəmisini batıra biləcək qüvəyə malik Rusiya sualtı gəmisini axtarırlar. Siciliyadan hava qalxan ABŞ hərbi təyyarələri – “Poseydon P-8”-lər də Ağ dəniz üzərində uçaraq axtarışlara qoşulublar. Rusiya sualtı gəmilərindən biri olan “Oskar II” “daşıyıcı qatil” adı ilə tanınır. 18 min tonluq nəhəng gəmi ən böyük sualtı vasitədir və 100 ekipajı daşıya bilər.

Suriyada fərqli cəbhələri müfadiə edən NATO və Rusiya arasındakı gərginlik İngiltərənin Rumıniya və Estoniyaya hərbçi göndərməsindən sonra daha da kəskinləşdi. Rusiya prezidenti Vladimir Putinin “cavabını verəcəyik” açıqlamasından dərhal sonra Moskva iqtidarı Avropa içərisində yerləşən və torpaq sərhədi olmayan Kalininqrada S-400 və İsgəndər raketləri yerləşdirdi.

 arxiv.bizimxeber.az

HƏRBİ GƏMİLƏR və TƏYYARƏLƏR HƏRƏKƏTƏ KEÇDİ! ABŞ-la Rusiya burun-buruna

HƏRBİ GƏMİLƏR və TƏYYARƏLƏR HƏRƏKƏTƏ KEÇDİ! ABŞ-la Rusiya burun-buruna

HƏRBİ GƏMİLƏR və TƏYYARƏLƏR HƏRƏKƏTƏ KEÇDİ! ABŞ-la Rusiya burun-buruna

HƏRBİ GƏMİLƏR və TƏYYARƏLƏR HƏRƏKƏTƏ KEÇDİ! ABŞ-la Rusiya burun-buruna

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə