Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ziya Məmmədova görə məhkəmə qapalı keçirildi
Ziya Məmmədova görə məhkəmə qapalı keçirildi
13 Dekabr 2016 / 13:42 / Baxış sayı: 3262
Font1 Font2 Font3 Font4

Rövşən Əhmədovun cinayət işi ilə bağlı məhkəmə qapalı davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi, 58 yaşlı Salyan rayon sakini Rövşən Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rasim Sadıxov sədrlik edib. Prosesdə zərərçəkmişin nümayəndəsi məhkəmə iclasının qapalı keçirilməsi ilə bağlı vəsatət verib. Bildirib ki, prosesdə verilən ifadələrdə Çingiz Baxşıyevin kommersiya və ailə sirləri açıqlandığına görə bu məsələlərin mətbuata çıxarılmasını istəmirlər.

Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov vəsatətə etirazını bildirib. O qeyd edib ki, cinayət işi mənimsəmə ilə bağlıdır və heç bir kommersiya və ailə sirrindən söhbət getmir: “Əgər bu məhkəmə prosesi qapalı keçirilərsə, ictimaiyyətdə belə bir rəy yaranacaq ki, böyük imkanlara malik olan Çingiz Baxşıyevin bu işə təsiri var. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayacaq. Prosesin qapalı keçirilməsinə heç bir əsas görmürəm. Cingiz Baxşıyevi başa düşürəm, qızılların dəyəri çoxdur”.

Vəkil vəsatətin təmin edilməməsini istəyib. Təqsirləndirilən Rövşən Əhmədov da vəsatətin təmin olunmamasını istəyib. Çingiz Baxşıyev isə vəsatəti dəstəkləyib: “8 aydır bu məsələ gedir. Vəkil Adəm Məmmədovun əli ilə mətbuatda yazırlar, məni ittiham edirlər. Mətbuat nümayəndələrinin prosesdə iştirak etməsini istəmirəm”.

Hakim zərərçıkmiş şəxsə vəkil barəsində bu cür ifadələr işlətməməsi ilə bağlı xəbərdarlıq edib. Hakimlər kollegiyası yerində müşavirə keçirib və qərar açıqlanıb. Qərara görə, məhkəmə hökmü elan edilənə qədər proses qapalı keçiriləcək. Bundan sonra jurnalistlər məhkəmə zalından çıxarılıb.

Qeyd edək ki, Rövşən Əhmədov Nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilir. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunur.

Törətdiyi əmələ görə 18 aprel 2016-cı ildə Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan cinayət işinin istintaqının davam etdirilməsi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilib.

İstintaqla müəyyən edilib ki, Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri, qızıl manetləri ələ keçirib. Çingiz Baxşiyev Nəqliyyat nazirinin müşaviri olmazdan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə