Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Banklara güclü haker hücumu olacaq – XƏBƏRDARLIQ
Banklara güclü haker hücumu olacaq – XƏBƏRDARLIQ
13 Dekabr 2016 / 15:54 / Baxış sayı: 1640
Font1 Font2 Font3 Font4

SWIFT ödəniş sistemi müştərisi olan banklara gözlənilən haker hücumları ilə bağlı xəbərdarlıq edib.
arxiv.bizimxeber.az-ın  verdiyi xəbərinə görə, bu barədə sistemin yaydığı müvafiq sənəddə deyilir.
“Təhlükə dayanıqlı xarakter daşıyır və tədricən daha da çətinləşir”, – deyə sənəddə bildirilir.
SWIFT-in məlumatlarına əsasən, hakerlər bank sistemlərinin sındırılması metodlarını təkmilləşdirib:
“Yeni taktikalardan biri banklarda istifadə olunan kompüterlərə çıxış əldə etməyə imkan verən proqram təminatının istifadəsidir. Təəssüf ki, biz müştərilərimizin sistemlərinin sındırılması halları ilə rastlaşırıq”.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında isə deyilir ki, kiberhücumlar Ukraynanın “BlazingFast” şirkətinin Niderland Krallığında yerləşən serverlərindən həyata keçirilir.
Ehtimal olunur ki, hakerlər DDoS tipli hücumlardan istifadə edərək iri bankların serverlərinin fəaliyyətini iflic edəcək.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə