Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prerzident Nazirlər Kabinetini buraxacaq – Yanvarda
Prerzident Nazirlər Kabinetini  buraxacaq – Yanvarda
14 Dekabr 2016 / 10:26 / Baxış sayı: 1136
Font1 Font2 Font3 Font4

Prezident İlham Əliyevin yanvarın birinci yarısı Nazirlər Kabinetini buraxacağı gözlənilir.
arxiv.bizimxeber.az xəbər verir ki, bu haqda məlumatı “Yeni Müsavat” yayıb. Qəzet bildirib ki, yeni formalaşdırılacaq Nazirlər Kabinetində köhnələrin əksəriyyəti, hətta bir neçə “açar” nazirlər yer almaya bilər.
Xəbərdə deyilir: “Prezidentin bu yaxınlarda imzaladığı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji “yol xəritələri”ndə nəzərdə tutulan islahatların məhz yeni Nazirlər Kabineti-yeni kadrlarla həyata keçirilməsi planı var. Nazirlər Kabineti buraxılacağı halda fevralda 82 yaşı tamam olacaq Artur Rasi-Zadə yenidən baş nazir təyin edilməyəcək. Eyni zamanda bir sıra struktur islahatları da məhz bu zaman gerçəkləşdiriləcək. Belə ki, bir-birini təkrarlayan hökumət qurumlarının bəzilərini ləğv edəcəyi, bəzilərinin isə birləşdiriləcəyi deyilir”.
Struktur islahatlarının anonsunu bir həftə öncə Milli Məclisin plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da verib. S.Novruzov deyib ki, artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Bundan əlavə, oxşar strukturlar birləşdirilməlidir: “Struktur islahatları sonrakı mərhələlərdə də davam edəcək. Xərclərin optimallaşdırılması və idarəetmə aparatının sadələşdirilməsi hökumətin prioritetlərinə daxildir”.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə