Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kanalizasiyada otel qurdular – FOTO
Kanalizasiyada otel qurdular – FOTO
14 Dekabr 2016 / 19:04 / Baxış sayı: 1628
Font1 Font2 Font3 Font4

“İstədiyin qədər ödə” prinsipi ilə işləyən otel kanalizasiya borularından ibarətdir

Dünyanın hər yerində turistləri cəlb etmək üçün bir-birindən maraqlı, qeyri-adi addımlar atılır. Məsələn, Peruda dağdan asılan kapsul otellər, ağac evlər, İsveçdə, İslandiyada buz otellər və sairə. Belə yerlər həm qeyri-adiliyi, həm də büdcəyə uyğunluğu ilə turistlərin böyük marağını çəkə bilir.

Maraqlı otellərdən biri də Avstriyadakı “Das Park Otel”dir. Otel istifadə edilməyən kanalizasiya borularından yaradılıb. Linz şəhərinin yaxınlığındakı otel 2004-cü ildə avstryalı dizayner Andreas Strauss tərəfindən inşa edilib.

Hər boru bir otaq hesab edilir. Kanalizasiya borularının içində divar fotoları, yataq, işıqlandıma sistemi və masa var. Sadə dizaynı olan boru otaqların havalandırma sistemi də unudulmayıb. Otaqların qapısı şifrəlidir və bu şifrələr ancaq onu kirayələyən şəxsə verilir. Hələlik yeganə problem isitmə sisteminin zəif olmasıdır.

Qiymət isə “pay as you wish” yəni istədiyin məbləği ödə prinsipi ilə həyata keçirilir. Məhz bu da azbüdcəli turistlərin ən çox üstünlük verdiyi amildir.

Müştərilərin hamam, ayaqyolu, mini bar, kafe kimi yerlərə olan ehtiyaclarını ödəmək üçün isə boru otaqların yanındakı otelin digər normal binasına getməli olurlar. Bu çətinlik yaratsa da , müştərilər kanalizasiya otaqlardan məmnundurlar. Hələlik 5 otaqdan ibarət olsa da, otel rəhbərliyi boru otaqların sayını artırmaq niyyətindədir.

Bizimxəbər.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə