Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qusarda avtobus qəzası-Yaralılar var
Qusarda avtobus qəzası-Yaralılar var
14 Dekabr 2016 / 12:25 / Baxış sayı: 2230
Font1 Font2 Font3 Font4

Hadisə rayonun Yuxarı Ləyər kəndi ərazisində qeydə alınıb. Belə ki, “Hyundai” markalı sərnişion avtobusu Mühəndis Qiyasovun “Toyota-Pikap” markalı avtomobillə toqquşub. 

Nəticədə, avtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan üç nəfər – “Tayota-Pikap”ın sürücüsü M.Qiyasov, avtobusda olan sərnişinlər – rayonun Hil kənd sakini 1978-ci il təvəllüdlü Ruhiyyə Hüseynbala qızı Əlizadə və 1962-ci il təvəllüdlü Həlimə Müzəffər qızı Fərzəliyeva Qusar Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Avtobusda olan digər 10 nəfərədək yaralı isə Qusar rayonunda fəaliyyət göstərən özəl klinikalardan birinə yerləşdirilib.

Qəzaya səbəb yolun buzlu olması ehtimal edilir. Qeyd edək ki, “Hyundai” markalı avtobus və “Toyota-Pikap” markalı avtomobilin Şahdağ Turizm-İstirahət Kompleksinə məxsusdur və səhər saatlarında işçiləri kompleksə apararkən qəzaya düşüb. “Tayota-Pikap”ın sürcüsü isə kompleksin rəsmi şəxslərindən biri olub.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalra başlanılıb. (“Report”)

arxiv.bizimxeber.az

qeza4

qeza3

qeza1

qeza



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə