Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Neftçaladakı dəhşətli qətllə bağlı daha bir nəfər tutuldu
Neftçaladakı dəhşətli qətllə bağlı daha bir nəfər tutuldu
14 Dekabr 2016 / 14:29 / Baxış sayı: 1304
Font1 Font2 Font3 Font4

Neftçala rayon sakini Kamal Rüstəmovu qətlə yetirməkdə şübhəli bilinən qrupun daha bir üzvü saxlanılıb.

arxiv.bizimxeber.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi və Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Ruhid Şükürov tutulub.

Onun 2014-cü il fevralın 12-də Neftçala rayon sakini Kamal Rüstəmovu qətlə yetirməkdə şübhəli bilinən qrupun üzvü olduğu bildirilib.

Qeyd edək ki, dünən Daxili İşlər Nazirliyi Heftçalada törədilən qətllə bağlı yeni məlumat yayıb.

Məlumata görə, atası Aydını qətlə yetirməkdə təqsirləndirilərək dekabrın 7-də tutulmuş Neftçala rayon sakini Emin Heybətovla bağlı polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun hazırda Cəzaçəkmə Məntəqəsində cəza çəkən qardaşı Amil və Bakı şəhər sakini Cavid Əliyevlə birgə 2014-cü il fevralın 12-də Neftçala rayon sakini Kamal Rüstəmovu Yuxarı Qaramanlı kəndi ərazisində boğaraq qətlə yetirmələri, meyitini isə Sabunçu rayonunun Balaxanı qəsəbəsində kirayədə yaşadıqları evin həyətində yandıraraq qalıqlarını basdırmaları müəyyənləşib.

Meyitin basdırıldığı yerə baxış keçirilib və qalıqları aşkarlanaraq götürülüb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Əliyev də tutulub.

Xatırladaq ki, hadisəni törətməkdə təqsirli bilinən E. Heybətov bir neçə gün əvvəl anası ilə birgə atasının qətlində şübhəli bilinərək tutulub. Araşdırmalar zamanı müəyyən edilib ki, o və anası Tükəzban Heybətova 2013-cü ildə atası, 1961-ci il təvəllüdlü Heybətov Aydın Dəmir oğlunu qətlə yetirərək meyitini yandırıb və daha sonra qalıqlarını Kür çayına atıblar. Qətli törətməkdə şübhəli bilinən 1962-ci il təvəllüdlü Heybətova Tükəzban Habil qızı və oğlu, 1992-ci il təvəllüdlü Heybətov Emil Aydın oğlu polis tərəfindən saxlanılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə