Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycan iqtisadiyyatı 4% azalıb
Azərbaycan iqtisadiyyatı 4% azalıb
14 Dekabr 2016 / 15:08 / Baxış sayı: 988
Font1 Font2 Font3 Font4

2016-cı ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 54 mlrd. 433,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9% az ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,9% azalması olub.

Əlavə dəyərin 37,5%-i sənayedə, 10,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,3%-i tikinti, 6,7%-i nəqliyyat və anbar təsərrüfatı, 5,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə, 17,6%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 5649,9 manata bərabər olub.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə