Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Moqerini Rusiyaya sərt mesaj verdi
Moqerini Rusiyaya  sərt mesaj verdi
15 Dekabr 2016 / 9:21 / Baxış sayı: 826
Font1 Font2 Font3 Font4

ABŞ-ın mövqeyindən asılı olmayaraq Rusiyaya qarşı Avropa İttifaqı tərəfindən tətbiq edilən iqtisadi sanksiyalar qüvvədə qalacaq.
arxiv.bizimxeber.az-ın məlumatına görə, , bunu “Wall Street Journal” qəzetinə müsahibəsində Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.
“ABŞ administrasiyasında baş verən dəyişikliyə, veriləcək qərarlara baxmayaraq siyasətimiz dəyişməz olaraq qalacaq. Minsk razılaşmaları yerinə yetirilənə qədər Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq”, deyə F.Moqerini bildirib.
O, Rusiyaya qarşı sanksiyaların daha altı ay müddətinə uzadılacağını təsdiqləyib.
Ötən ay Almaniyanın “Deutsche Welle” nəşrinə müsahibəsində F.Moqerini Avropa İttifaqının Ukrayna ilə bağlı siyasətinin Vaşinqtonda müəyyənləşmədiyini, ABŞ administrasiyasında baş verən dəyişikliyə baxmayaraq Aİ-nın Rusiyaya qarşı siyasətinin dəyişməz qalacağını bildirmişdi.
Qeyd edək ki, Avropa İttifaqı dekabrda Brüsseldə keçiriləcək sammitdə Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatmağı planlaşdırır.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə