Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda universitetlərdə dəyişiklik edilir
Azərbaycanda universitetlərdə dəyişiklik edilir
15 Dekabr 2016 / 12:25 / Baxış sayı: 978
Font1 Font2 Font3 Font4

Bu məsələ Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb

Azərbaycanda universitetlərin nəzdində 2 illik sub-bakalavr pilləsi (kolleclər) yaradılması nəzərdə tutulur.

Bu, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.

Qeyd olunub ki, bu addım gənclərin orta ixtisas təhsili ilə əhatəolunma səviyyəsini artıra bilər. Bunun üçün ilk peşə və orta ixtisas təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılacaq, onların infrastruktur, maddi-texniki baza, müəllim-pedaqoji heyətinin potensialının qiymətləndirilməsi aparılacaq.

Peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması planına əsasən, peşə təhsili müəssisələrinin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması təşviq olunacaq. Peşə təhsili müəssisələrinin mövcud müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi və onların bilik və bacarıqlarının artırılması, yeni müəllim heyətinin peşə təhsili və təlimi prosesinə cəlb edilməsi ilə bağlı tədbirlər dəstəklənəcək.

Peşə təhsili müəssisələrinin mövcud müəllim-pedaqoji heyətinin potensialı və peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və ixtisaslarının artırılması, prioritet ixtisaslar üzrə yüksək peşəkarlığa malik istehsalat təlimi ustalarının və pedaqoji heyətin cəlb olunması üçün zəruri tədbirlər həyata keçiriləcək. Həm işə götürənlər, həm də onların tədris prosesinə cəlb ediləcək mütəxəssisləri üçün müvafiq həvəsləndirici və stimullaşdırıcı tədbirlər müəyyən ediləcək. / APA

Bizimxəbər.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə