Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Arıların ölümü balın qiymətini bahalaşdıracaq
Arıların ölümü balın qiymətini  bahalaşdıracaq
15 Dekabr 2016 / 14:44 / Baxış sayı: 996
Font1 Font2 Font3 Font4

Göyçay rayonunda arıçılıqla məşğul olan təsərrüfat sahibləri problemlə üzləşiblər.

Bu il arılar arasında yayılan naməlum xəstəlik arıların kütləvi şəkildə qırılmasına və balın bahalaşmasına səbəb olub.

Göyçayda arıçılıqla məşğul olan İsmayıl Xələfov deyib ki, bu il arıların qışlama dövründə xəstəliyə düçar olması onların kütləvi şəkildə məhvi ilə nəticələnir.

Otuz ildən çoxdur ki, arıçılıqla məşğul olan Qaraman kənd sakini İsmayıl Xələfov hazırda arıların ölümünə səbəb kimi havaların payız aylarında çox soyuq olması, fasiləsiz yağan yağışlar və arılarda gənələrin olması ilə əlaqələndirib: “Xırda öldürücü gənələr arıların qanını sovurur, onların orqanizmində naməlum xəstəlik yaradır və bununla da arı ailəsi inkişafdan qalaraq tələf olur”.
İ. Xələfov deyib ki, son 3-4 gün ərzində onun şəxsi təsərrüfatındakı 70 baş arı ailəsindən 35-i məhv olub, hazırda tələfat davam edir.

Onun sözlərinə görə, gənələrin məhv edilməsi üçün dərmanlama işləri aparılsa da, arılara müalicə üsulları tətbiq edilsə də, nəticəsi yoxdur.

Məlumata görə, son günlər rayonun Qaraman, Bığır, Potu, Qarabaqqal, Ərəbcəbirli kəndlərində fermerlərə məxsus arı ailələri naməlum xəstəlik səbəbindən kütləvi şəkildə məhv olub. Bığır kənd sakini Vüqar Ədilovun 61 baş arı ailəsinin hamısı, Qaraman kənd sakini Nazir Qədirlinin 12 baş arı ailəsindən 11-i tələf olub. Üç fermer təsərrüfatındakı 107 baş arı ailəsində ümumilikdə 800 mindən çox arı ölüb. Xəstəlik səbəbindən fermerlərə 10 min manatdan çox maddi ziyan dəyib.

Qeyd olunub ki, arıların kütləvi qırılması balın qiymətinə də təsir edəcək. Bir ay öncə rayonda balın bir kiloqramı 18-20 manata satılırdısa, hazırda onun qiyməti 25 manatadək qalxıb./APA/

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə