Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İmişlidə nazir vətəndaşları qəbul etdi
İmişlidə nazir vətəndaşları qəbul etdi
15 Dekabr 2016 / 19:22 / Baxış sayı: 1104
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikası Təhsil naziri Mikayıl Cabbarov imişli şəhərində vətəndaşların qəbulunu keçirib.

Azərbaycan Respublikası Prezidentinin mərkəzi icra orqanlarının rəhbərlərinə vətəndaşların regionlarda qəbul edilməsi ilə bağlı tapşırığı komitə sədrləri və nazirlər tərəfindən mütəmadi olaraq yerinə yetirilir.

Bu gün Təhsil naziri Mikayıl Cabbarov vətəndaşların problemləri ilə yerindəcə tanış olmaq üçün İmişli rayonunda qəbul keçirmişdir. Saatlı,Sabirabad rayonlarından və Şirvan şəhərindən də təhsil sahəsi ilə əlaqəli problemləri olan vətandaşlar nazirin qəbuluna gəlmişdirlər.

Qəbuldan əvvəl İmişli rayon icra başçısı cənab Vilyam Hacıyev və Təhsil naziri Mikayıl Cabbarov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, dərin ehtiramlarını bildirmişdirlər.

Qəbulda təhsil nazirliyinin şöbələri və yerli idarələrinin rəhbərləri də iştirak etmişdirlər.Onlar vətəndaşların problemləri ilə ətraflı tanış olmaq və araşdırmaq üçün,onlar haqqında qeyidlər götürmüşdürlər. Nazir həlli mümkün olan məsələlərin həlli üçün yerindəcə tapşırıqlar vermişdir.

Təhsil sahəsi ilə bağlı olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyatı oraqnlara çatdırılacağı bildirilmişdir.

arxiv.bizimxeber.az

 

imisli2

imisli1

imisli



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə