Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Neftçilərdən birinin meyiti sahilə gətirildi
Neftçilərdən birinin meyiti sahilə gətirildi
15 Dekabr 2016 / 20:44 / Baxış sayı: 1300
Font1 Font2 Font3 Font4

Xəzərdə baş verən qəzada həlak olan neftçi İlham Qafarovun meyiti bu dəqiqələrdə Qaradağ rayonundakı sahil limanına gətirilib.

arxiv.bizimxeber.az xəbər verir ki, bu barədə Lent.az-ın hadisə yerində olan əməkdaşına mərhumun qardaşı Davud Qafarov məlumat verib. Meyit sahilə “Qaradağ-8” gəmisi ilə gətirilib.

Qeyd edək ki, mərhumun qardaşı Davud Qafarov hadisə baş verən an N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinə məxsus başqa buruqda çalışırmış.

İ.Qafarovun meyiti bir qədər sonra ailə üzvlərinə təhvil veriləcək.

1958 il təvəllüdlü İlham Qafarov ailəli idi, onun 3 övladı var.

Qeyd edək ki, bu gün səhər saatlarında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində 10 nəfər dənizdə itkin düşüb. İtkin düşənlərdən İlham Qafarovun meyiti dənizdə tapılaraq, sudan çıxarılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə