Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Abdin Fərzəliyev Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüşdü
Abdin Fərzəliyev Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüşdü
16 Dekabr 2016 / 11:53 / Baxış sayı: 918
Font1 Font2 Font3 Font4

Rusiya Federasiyasının Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir. Səfər çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüşü baş tutmuşdur.

Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılmış, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunmuş, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanaraq, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində son illər böyük işlərin görüldüyü qeyd edilib. Xüsusilə qeyd olunub ki, Azərbaycan ilə Rusiya Federasiyası arasında əlaqələr xalqımızın Ümummilli Lider Heydər Əliyevin dövründə öz inkişafının yeni mərhələsinə qədəm qoymuş və bu gün də Prezident cənab İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda Ulu Öndər Heydər Əliyevin xatirəsinə abidə ucaldılıb. Ulu öndərin adını daşıyan park yenidən qurulmuşdur. Həştərxan şəhərində yerləşən və Ümummilli lider Heydər Əliyevin adını daşıyan 11 nömrəli ümumtəhsil məktəbinin binası tamamilə yenidən qurulmuş, həmin məktəbin nəzdində müasir uşaq bağçası tikilib istifadəyə verilmişdir. Uşaq bağçasının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Həmçinin, Həştərxan şəhərində “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılmış, Knyaz Vladimirin abidəsi ucaldılmış və “Meçta” uşaq əyləncə şəhərciyi salınmış və uşaq kafesi istifadəyə verilmişdir.

Eyni zamanda görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

arxiv.bizimxeber.az

neri (3) neri (2) neri (1)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə