Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“SOCAR Georgia”: “Sabah səhər bütün abonentlərin qaz təchizatı bərpa olunacaq”
“SOCAR Georgia”: “Sabah səhər bütün abonentlərin qaz təchizatı bərpa olunacaq”
16 Dekabr 2016 / 13:49 / Baxış sayı: 994
Font1 Font2 Font3 Font4

Ötən gecə Gürcüstanın Acarıstan Muxtar Respublikasının ərazisindən keçən magistral qaz kəmərində baş verən qəzanın nəticələri aradan qaldırılıb. 

Bu barədə “Report”a “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov bildirib: “Magistral qaz kəmərində təmir işləri aparılan zaman kiçik qəza baş verib.

Qəza nəticəsində 49 min abonentin qaz təchizatı dayandırılıb. Artıq qəzanın nəticələri aradan qaldırılıb. Qazı mənzillərə vermədən öncə müəyyən xəbərdarlıqlar, maarifləndirmə məlumatları verilməlidir. Yalnız bu məlumatlardan sonra mənzillər qazla təmin olunur”.

Onun sözlərinə görə, bu gün axşam saatlarınadək 34 min abonentin qaz təchizatı bərpa ediləcək. M.Məmmədov qeyd edib ki, gecə saatlarında mənzillərə qaz verilişinin bərpası təhlükəli olduğundan, sabah səhər digər 15 min abonentin qaz təchizatı da bərpa olunacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə