Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xəzərdə həlak olan neftçi dəfn olundu – Fotolar
Xəzərdə həlak olan neftçi dəfn olundu – Fotolar
16 Dekabr 2016 / 14:40 / Baxış sayı: 1180
Font1 Font2 Font3 Font4

Xəzər dənizində baş verən hadisə nəticəsində həyatını itirən və meyiti tapılan Bakı şəhəri, Ələt qəsəbəsinin sakini, 1958-ci il təvəllüdlü İlham Əlihüseyn oğlu Qafarovla vida mərasimi olub.

“Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin əmtəə operatoru İlham Qafarov bu gün doğulduğu Hacıqabul rayonunun Atbulaq kənd qəbirstanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində SOCAR rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dekabrın 15-də saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. İtkin düşən neftçilərin axtarışı davam edir. report

 

485cb98f-ed4a-47e4-9ebd-011243d471d1 e750bd8a-4828-4f0c-a6ba-5eb13127d06c qeza

 

 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə