Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İmislidə dini radikalizmlə mübarizə ilə bağlı tədbir keçirildi
İmislidə dini radikalizmlə mübarizə ilə bağlı tədbir keçirildi
16 Dekabr 2016 / 15:54 / Baxış sayı: 1098
Font1 Font2 Font3 Font4

arxiv.bizimxeber.az saytına verilən məlumata görə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birinci müavini Səyyad Salahlı rayon ictimaiyyəti ilə görüşüb.

İmişli rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dini radikalizmlə mübarizədə dini icmaların fəlaiyyətinin təşkili” mövzusunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı seminar-müşavirə keçirmişdir.

Görüşdən əvvəl İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev və qonaq Səyyad Salahlı Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq,dərin ehtiramlarını bildirmişdirlər.

Tədbir başlamamışdan əvvəl tədbir iştirakçıları “ Fitnə” adlı qısametrajlı filmə baxmışdılar. Filimdə gənclərin radikal dini cərəyanlara necə düşməsindən,onların bu qurumlarda nələrə dəvət olmasından və məhbəs həyatı ilə bitən acı sonluqlarından danışılırdı. Filmi izlədikdən sonra tədbiri giriş sözü ilə açaraq qonağı salamlayan rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev sözü qonağa verdi.

Səyyad Salahlı tədbir iştirakçılarını salamladıqdan sonra , nitqinə davam edərək ,gənclərin zərərli və radikal dini cərəyanlara qoşulmalarının qarşısının alınması yönümündə görülən işlərdən, bu işlərdə hər kəsin yaxından iştirak etməsinin vacib olmasından və daimi gənc nəsillə maarifləndici işlərin aparılmasının vacibliyindən danışdı. Açıq dialoq şəraitində keçən görüşdə natiq çıxışında bildirib ki, müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, ölkənin inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti nəticəsində ciddi uğurlar qazanılıb,güclü dayanıqlı siyasi sabitlik əldə edilmişdir. Bu uğurların siyasi sabitiliyin qorunması üçün hər bir vətəndaş öz sahəsində əlindən gələni etməyə borcludur.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə