Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Roqozin Bakıdadır – EKSKLÜZİV, YENİLƏNİB
Roqozin Bakıdadır – EKSKLÜZİV, YENİLƏNİB
16 Dekabr 2016 / 16:39 / Baxış sayı: 1498
Font1 Font2 Font3 Font4

D. Roqozin bu barədə öz “Twitter” hesabında paylaşım edib

“Soyuq günəşli Bakıda ticarət və iqtisadi məsələlər üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclası başlayıb”.

arxiv.bizimxeber.az-in məlumatına görə bu barədə Rusiya Baş Nazirinin müavini Dmitri Roqozin öz “Twitter” hesabında paylaşıb.

Qeyd edək ki, D.Roqozin Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasında iştirak etmək üçün Azərbaycanda səfərdədir. Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində baş tutan işçi şurasında Rusiyanın bir sıra şirkətlərinin nümayəndələri də iştirak edir.

Hökumətlərarası komissiyanın sonuncu iclası ötən il oktyabrın 9-da keçirilmişdi.

“Kommersant” qəzetinin məlumatına görə, D. Roqozinin Prezident İlham Əliyevlə də görüşü nəzərdə tutulur. Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq  və bu yaxınlarda Rusiyanın Ermənistanda yerləşdirdiyi “İskəndər-M” operativ-taktiki raket kompleksi müzakirə olunacaq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə