Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qalmaqallı veriliş bağlandı – Lider TV-dən qərar
Qalmaqallı veriliş bağlandı – Lider TV-dən qərar
16 Dekabr 2016 / 18:52 / Baxış sayı: 1888
Font1 Font2 Font3 Font4

Lider TV-də yayımlanan “Çıxış yolu” verilişinin yayımı dayandırılıb.

Bu haqda Azxeber.com-a kanalın direktor müavini Lamiyyə Ələkbərqızı məlumat verib.

Onun dediyinə görə, kanal rəhbərliyi verilişinin yayımının dayandırılması ilə bağlı qərar qəbul edib: “Ötən gün efirimizdə yayımlanan “Çıxış yolu” verilişində baş verən hadisədən sonra istər mətbuatda, istərsə də sosial şəbəkələrdə haqlı narazılıqlar meydana çıxıb. Verilişə dəvət olunan qonaqların nalayiq ifadələr işlətməsi televiziyamızın adına da xələl gətirib. Canlı yayımlarda bu cür hadisələrin olması normal olsa da yenə də biz bunu yolverilməz hesab edirik. Ancaq onu da qeyd etmək lazımdır ki, bu ifadələr verilişin yaradıcı heyəti tərəfindən deyil, verilişə müraciət edən şikayətçilər tərəfindən səsləndirilib”.

Lamiyyə Ələkbərqızı qeyd edib ki, bütün bunları nəzərə alan rəhbərlik verilişin dayandırılması ilə bağlı qərar qəbul edib: “”Lider” televiziyasının rəhbərliyi bütün bunları nəzərə alaraq “Çıxış yolu” verilişinin yayımını dayandırmaq qərarına gəldi”.

Verilişin konkret olaraq nə vaxt yayıma qayıtması ilə bağlı isə hələlik heç bir qərar verilməyib.

arxiv.bizimxeber.az

 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə