Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyədə “qanlı Şənbə”: 13 hərbçi şəhid edildi, 48-i yaralandı – FOTOLENT – YENİLƏNİB
Türkiyədə “qanlı Şənbə”: 13 hərbçi şəhid edildi, 48-i yaralandı – FOTOLENT – YENİLƏNİB
17 Dekabr 2016 / 12:52 / Baxış sayı: 1226
Font1 Font2 Font3 Font4

Türkiyənin Genelkurmay Başqanlığı bu gün səhər saatlarında Kayseridə hərbçiləri daşıyan avtobusun partladılmasının nəticələri ilə bağlı açıqlama yayıb.

Lent.az “Sozcu”yə istinadən xəbər verir ki, qurumdan verilən məlumata görə, terror aktı nəticəsində 13 hərbçi şəhid olub, 48 hərbçi isə yaralanıb.

Hadisə nəticəsində çox sayda mülki vətəndaşın da yaralandığı bildirilir.

**

11:49

Hakim Ədalət və İnkişaf Partiyasının Kayseridən olan deputatı bildirib ki, qeyri-rəsmi məlumata görə, baş verən terror aktında 9 nəfər şəhid olub, 15-dən çox yaralı var.

O da məlum olub ki, baş nazir Binəli Yıldırım və daxili işlər naziri hadisə yerinə gedir.

**

10:40

Türkiyənin Kayseri şəhərində bir ictimai nəqliyyatda partlayış baş verib. Lent.az “Hüriyyət”ə istinadən xəbər verir ki, hadisə şəhərin Ərciyəz Universitetinin önündə baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində bir neçə nəfər ölüb, xeyli sayda yaralı var. Polisdən bildirilib ki, hadisə terror aktına bənzəyir. Hərbçiləri aparan avtobusa yaxınlaşan bir maşın qəfildən partlayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə