Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lənkəran sakini yenidən prezidentə müraciət etdi
Lənkəran sakini yenidən prezidentə müraciət etdi
17 Dekabr 2016 / 16:20 / Baxış sayı: 1502
Font1 Font2 Font3 Font4

Lənkəran şəhər sakini, Xiyabani – 157, mənzil 8-də yaşayan təqaüdçü Nazim Məmmədov ölkə başçısı İlham Əliyevə müraciət edib. O, yerli məmurların özbaşınalığından şikayətçidir. Bu barədə Nazim Məmmədov “Youtube” sosial şəbəkəsində video-müraciət yayıb. 
Nazim Məmmədov deyir ki, Lənkəran “Su Tikinti İdarəsi”nin müdiri Həsənağa Ələkbərovun dövlət əmlakını mənimsəməsi və vergidən yayınmasıla bağlı ölkə başçısına müraciət etdikdən sonra Ələkbərov tərəfindən məhkəməyə verilib. Nazim Məmmədova qarşı xüsusi ittiham qaydasında iki, mülki qaydada bir cinayət işi açılıb. Hazırda iş məhkəmədədir.
Onun sözlərinə görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Lənkəran Şəhər Məhkəməsinin sədri Elçin Kazımov da Həsənağa Əkbərovu himayə edir. Vətəndaş tapşırığın Əmlak Komitəsinin sədri Kərəm Həsənov tərəfindən verildiyini iddia edir.  Müraciətdəki iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə