Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Anasını öldürən oğlan danışdı – YENİLƏNİB
Anasını öldürən oğlan danışdı – YENİLƏNİB
19 Dekabr 2016 / 10:10 / Baxış sayı: 1058
Font1 Font2 Font3 Font4

Bakıda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, 16 yaşlı Maarif Əliyev anası 37 yaşlı Mədinə Qurbanovanı namus üstündə öldürüb.

Belə ki, M.Qurbanovanın əri bir müddət əvvəl arvadından küsərək evdən gedib. Qadın isə başqa kişilərlə görüşüb. Bu barədə M.Əliyevə qonşular məlumat verib. Bundan sonra o, anasını güdməyə başlayıb. Küçədə anasının avtomobildən düşdüyünü görən gənc evdə onunla mübahisə edib. Mübahisə bitdikdən yarım saat sonra M.Əliyev anasına divanda əyləşdiyi yerdə atəş açıb. Atəş səsinə qonşular gəlib.

Qeyd edək ki, M.Qurbanovanın 4 övladı var. M.Əliyev ortancıl oğludur.

***  08:31

Bakıda oğul anasını başından güllələyib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində 16 yaşlı Əliyev Maarif Eldar oğlu birlikdə yaşadığı anası 1979-cu il təvəllüdlü Qurbanova Mədinə Nurəddin qızına ov tüfəngi ilə başından atəş açaraq onu qətlə yetirib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törədən şəxs polisə təslim olub.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə