Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zorlamaya görə tutulan prezident azadlığa çıxır
Zorlamaya görə tutulan prezident azadlığa çıxır
19 Dekabr 2016 / 14:35 / Baxış sayı: 650
Font1 Font2 Font3 Font4

Zorlamaya görə 2011-ci ildə 7 il azadlıqdan məhrum olunan İsrailin keçmiş prezidenti Moşe Katsav vaxtından əvvəl azadlığa çıxacaq.

Modern.az bildirir ki, 71 yaşlı Moşe Katsav bu həftə həbsxanadan buraxılmalıdır. Vəkilinin sözlərinə görə, keçmiş prezident bu xəbəri eşidəndə sevincindən ağlayıb. Zorlamaya görə məhkəmənin təyin etdiyi 7 ilin 5 ilini həbsxanada oturan Katsav özünü günahkar hesab etmədiyindən bu müddətdə həmişə vaxtından əvvəl azadlığa çıxmaqdan ötrü çalışıb.

O, 2011-ci ildə Təl-Əviv dairə məhkəməsinin hökmü ilə tabeçiliyindəki qadınları zorlama, seksual kələkbazlıq, nalayiq davranışlar və istintaqa mane olmaq cəhdlərinə görə 7 il azadlıqdan məhrum edilib.

Yaşlı adamın və prezidentin barəsində çıxarılan bu hökmün daha sərt olduğu məsələsi İsraildə geniş müzakirə olunub. Məhz həmin debatların nəticəsində 2012-ci ildə Moşe Katsav həbsxanadan vaxtından əvvəl çıxmaq şansı əldə edib.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə