Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə səfirinə etiraz etmişik
Türkiyə səfirinə etiraz etmişik
19 Dekabr 2016 / 15:02 / Baxış sayı: 540
Font1 Font2 Font3 Font4

Rusiya və Türkiyə xarici işlər nazirlərinin sabah Moskvada keçiriləcək görüşü İranın təşəbbüsü ilə baş tutur.
arxiv.bizimxeber.az APA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, görüş Hələbdəki həssas durumla əlaqədar təşkil olunur: “Astanada Rusiya, Türkiyə və Suriya müxalifləri arasında keçiriləcək görüş ayrı məsələdir və Moskvada keçiriləcək üçtərəfli görüşə heç bir aidiyyəti yoxdur”.

B.Qasimi Türkiyə və digər ölkələrdə İran səfirlikləri qarşısında keçirilən etiraz aksiyalarına toxunaraq qeyd edib ki, İstanbul və Ankarada keçirilən aksiyalar qeyri-ənənəvi və düşünülməmiş addım idi: “Belə hallarda polis  səfirlik və konsulluq rəsmilərinə xəbərdarlıq etməlidir. Əlbəttə, səfirliyə heç bir ziyan dəyməyib. Biz Türkiyə səfirini çağırıb, ona öz etirazımızı bildirmişik. Düşünürəm ki, bu mitinqlər bəzi xüsusi qruplar və partiyalar tərəfindən məqsədli şəkildə keçirilib. Onlar çalışırdılar ki, bu mitinqləri digər ölkələrə də yaysınlar, amma haradan dəstəkləndiklərini biz bilirik və məlumatlıyıq”.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə