Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Son 10 ildə dünyada 780-dən çox jurnalist öldürülüb
Son 10 ildə dünyada 780-dən çox jurnalist öldürülüb
19 Dekabr 2016 / 15:10 / Baxış sayı: 464
Font1 Font2 Font3 Font4

2016-cı ildə dünyada 70-dən çox jurnalist həlak olub.

Bu barədə məlumatı RİA Novosti “Sərhədsiz reportyorlar” beynəlxalq hüquq-müdafiə təşkilatının illik hesabatına istinadən yayıb.

2016-cı ildə 74 jurnalist öz peşə fəaliyyətini yerinə yetirərkən ölüb ya da öldürülüb. Halbuki ötən il öldürülən jurnalistlərin sayı 101 olub.

Öldürülənlər arasında 57 peşəkar jurnalist, 9 bloger və KİV-lə əməkdaşlıq edən 8 nəfər var. Öldürülən 53 jurnalist məşğul olduqları peşəyə görə bilərəkdən qətlə yetirilib, digər 21 nəfər isə gördüyü işə görə hədəf olmamağına baxmayaraq, peşə fəaliyyətini yerinə yetirərkən həyatını itirib. Məlum olub ki, Suriyada 19, Əfqanıstanda 9, Meksikada 8, İraqda 7, Yəməndə isə 5 jurnalist həlak olub. Hesabatda həmçinin bildirilir ki, 2006-cı ildən bu günədək 780 jurnalist öldürülüb.(APA)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə