Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezidentlərin sevimli heyvanları (FOTO)
Prezidentlərin sevimli heyvanları (FOTO)
19 Dekabr 2016 / 15:42 / Baxış sayı: 1308
Font1 Font2 Font3 Font4

Dövlət başçılarının dördayaqlı dostları – kim hansı heyvanı sevir?

Dövlət başçılarının dördayaqlı dostları ən az onların ailə üzvləri qədər maraq cəlb edə bilirlər. Məsələn, Barak Obama ABŞ prezidenti seçiləndə onun Ağ evə hansı heyvanı alacağı o qədər ciddi müzakirələrə səbəb olmuşdu ki, hətta bu sahədə mərc edənlər də tapılırdı. Bəs prezidentlərin ən çox sevdikləri dördayaqlı dostları hansılardır? İstiPress dünyanın supergüclərinin ən yaxşı “dostlarını” təqdim edir. 

Şimal qonşumuz olan Rusiyanın dövlət başçısı Vladimir Putinin iti Yume. İki il öncə Putinin məşhur qara Konni adlı iti öldü. Yaponiya qubernatoru akita-inu cinsindən olan bu iti ona sunami və zəlzələdə göstərdiyi köməyə görə bağışlayıb. Hətta Putin bir neçə gün öncə o yapon jurnalistlərlə görüşündə yeni itini onlara da təqdim etmişdi. “Ehtiyatlı olun. O, oyuncaq kimi görünə bilər. Amma çox ciddi itdir”, deyə prezident xəbərdarlıq etməyi də unutmayıb.

Konni

 Çex Respublikasının prezidenti Miloş Zeman retriver cinsindən it saxlayır. Ölkənin birinci xanımı İvana Zeman Ceyn Ostinin “Qürur və qərəz” əsərindən ilhamlanaraq Darsi adlandırıb. Birinci xanıma it ad günü hədiyyəsi kimi verilib.

Dorsi

Finlandiyanın dövlət başçısı Sauli Niynistenin iti nəinki dövlət başçısının ailəsini, demək olar ki, bütün ölkənin sevimlisidir. Lenni ləqəbli boston-terer cinsi it dövlət başçısının Myantyuniemdəki rəsmi iqamətgahında keçirilən ənənəvi Milad hədiyyələri və təbriklərin qəbulu mərasiminə qatılıb. Hətta ağzında bir neçə hədiyyə də daşıyıb.

Lenni sahibinin rəsmi qəbullarının bir çoxuna da qatılır. Hətta ötən il prezident rəsmi “Facebook” səhifəsində birinci xanım və ən yaxın dördayaqlı dostu ilə fotosunu da yerləşdirmişdi.

ABŞ prezidenti Barak Obamanın bir neçə sadiq dostu var. Lakin onlardan ən məşhuru Bodur.  Obama ailəsinin iti demək olar ki, internat heyvanıdır. Belə ki, bir neçə il öncə bir nəfər alıb, sonra yenidən mağazaya geri qaytarıb. Məhz bu zaman Obama prezident seçildikdn sonra ilk mətbuat konfransını keçirib. Konfransda ona Ağ evə hansı heyvanı gətiəcəyi barədə sual verilib. Obama qızının allergik xəstəliyi olduğu üçün hippoallergik heyvan axtardıqlarını deyib. Bu açıqlamadan qısa zaman sonra Bo Ağ evə köçüb.

Qısa zaman sonra ikinci it peyda oldu – Sanni. Sannini prezident ailəsi onlar evdə olmayanda Bonun darıxmaması üçün alıb.

Bo

Bo

Böyük Britaniya şahzadəsi II Yelizavetta isə bir çoxundan fərqli olaraq pişiklərə üstünlük verir. Favorit isə velş-korqi cinsindən olanlardır. Kraliçanın pişiklərə sevgisi  hələ gənc yaşlarından başlayıb. 18 yaşında olarkən atası – kral ona korqi cinsindən olan ilk iti bağışlayıb. Sonrakı dövrlərdə kralişanın başqa itləri olsa da, ən çox yadda qalan pişiklər olub. Xüsusilə centelmen adlandırılan Larri, Palmerston, Qladson.

Pişikləri sevən ancaq kraliça deyil. Uzun müddət ölkəin baş nazirinin evində qalan Freyya hətta mətbuatında gündəmini zəbt etməyi bacarmışdı. İki il əvvəl hökumət evində siçanların düşməni olan pişiyi maşın vurub. Səhhətinə görə o “təqaüdə” çıxıb və fermalardan birində həyatına davam edir. Onun vəzifəsini isə 2011-ci ildən qərargahda yaşayan Larri icra etməyə başlayıb.

Larri Kameron ailəsi ilə

Bir neçə gün öncə Azərbaycanda səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahunun iti isə görünüşü ilə insanı təşvişə sala bilir. Kayyu hökumət başçısının qərargahında qəbul zamanı qonaqları dişləmişdi.

Nazir dördayaqlı dostunun bu davranışından çox təşvişə düşmüş, onun daha öncə heç zaman belə aqresiv davranış nümayiş etdirmədiyini demişdi. Netanyahu ailəsi 10 yaşlı Kayyunu bağlanmaq ərəfəsində olan sığınacaqdan götürmüşdü.

Kayya

Kayya

Yaponiyanın Akita vilayətinin qubernatorunun pişiyini Vladimir Putin bağışlayıb. Yapon məmur heyvan üçün rus adı seçib “Mir” (Sülh). Maraqlıdır ki, quberntor Satake əsl pişik həvəskarıdır. Onun evində “Mir”dən başqa daha 7 pişik var.

Pişikləri sevən dövlət başçılarından biri də aviaqəza nəticəsində həyatı itirən Polşa prezidenti Lex Kaçinski idi. O, tez-tez pişik sərgilərinə gedirdi, bir dəfə isə hətta Ümumdünya pişik günü münasibəti ilə keçirilən xeyriyyə yarmarkasına da qatılıb.

Mir

Niderland kral ailəsinin ailə fotolarında böyüklər və 3 qızlarından başqa bir canlı da yer alır. Kral Uilyam- Aleksand, xanımı Maksima vı üç qızı – Katarina- Amaliya, Aleksiya və Arinanın yanında lablador cinsli itləri Skipper və Nala əksik olmur.

2012-ci ildə ov zamanı Skipper yaralanıb və bir neçə gün komada qalıb. Nalanı isə kral ailəsi 2015-ci ildə əldə ediblər. Bu it “Kral şir” cingi filmindəki qəhrəmanlardna birinin şərəfinə belə adlandırılıb.

Niderland kral ailəsi

Niderland kral ailəsi

ABŞ-ın keşmiş prezidenti Bill KLinton it və ya pişik arasında seçim edə bilmədiyi üçün hər ikisini almaq qərarına gəlib. Düzdür sonradan Baddi adlı it pişik Soksu ailədən sıxışdırıb çıxara bildi. Klinton ailəsi Ağ evi tərk edəndə itlərini aparsa da, Soksu katibələrdən birinə tapşırmışdı. Bundan bir il sonra isə Baddi avtobusun təkərləri altında can verib.

Soks

Baddi


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə