Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lapşin kimdir və Azərbaycan onu niyə axtarışa verdi?
Lapşin kimdir və Azərbaycan onu niyə axtarışa verdi?
19 Dekabr 2016 / 17:13 / Baxış sayı: 1222
Font1 Font2 Font3 Font4

“Puerto” ləqəbli Aleksandr Lapşin rus-yəhudi blogeridir, 10 mindən çox abunəçisi var. 100-dən çox ölkədə olub. Azərbaycana münasibəti “xüsusidir”. Aleksandr Lapşin 1976-cı ildə Sverdlovskda (indiki Yekaterinburq) anadan olub, atası rus, anası yəhudidir. 13 yaşında ailəsi ilə birgə İsrailə mühacirət edib. Əsas ixtisası proqramlaşma və biznesin idarə olunmasıdır. Sofiya aeroportunun təhlükəsizlik xidmətində işləyib. 

2003-2008-ci illərdə Moskvada yaşayıb. 2006-cı ildə İsrailə turist kimi səfər edərkən, Suriyada olduğuna görə şübhəli şəxs kimi həbs olunub. 2008-ci ildə İsrailə qayıdıb, hal-hazırda Livanla sərhəddəki kibbutsda yaşayır. Subaydır, uşaqları yoxdur.

Lapşinin vətəndaşlıq ehtirası

Lapşin bir sıra ölkələrin vətəndaşlığını almağa cəhd edir. Doğulduğu ölkənin – Rusiyanın və İsrailin vətəndaşlığndan əlavə, Lapşin, həmçinin Ukrayna vətəndaşlığını alıb, baxmayaraq ki, heç vaxt orda yaşamayıb. Bundan əlavə, 90-cı illərin sonlarında Lapşin ABŞ-ın qrin-kartını aldı. 2011-ci ildə isə Gürcüstan vətəndaşlığı üçün müraciət etdi və müraciəti indiyə qədər nəticəsiz qalıb.

Casus, səyahətçi, yoxsa blogger?

“Puerto” ləqəbli Aleksandr Lapşin rus-yəhudi blogeridir, 10 mindən çox abunəçisi var. 100-dən çox ölkədə olub. Azərbaycana münasibəti “xüsusidir”.

Gündəlik xərci 100 ABŞ dollarına yaxındır. Təbii ki, 10 mindən çox abunəçisi olan blogger üçün bu böyük xərcdir. Çünki şəkil, yaxud video nümayişinin 1 000 izləyicisindən cəmi 0,5-1 ABŞ dolları qazanır. Ona görə də Lapşinin qazancının yalnız çəkdiklərindən çıxdığını fikirləşmək belə doğru olmazdı. Demək, o, ötürdüklərindən qazanır. Güman ki, Azərbaycanın hesabına da. Belə olmasaydı, nəyin bahasına olursa, olsun, Azərbaycana keçməz və “gördükləri” barədə olan-olmazı yazmazdı, Azərbaycanın ərazilərini işğal edən Ermənistanla Dağlıq Qarabağ ərazisini bir yerə qoymazdı. Müdafiəçiləri də əsasən ermənilərdir.

XİN-nin və Sərhəd Xİdmətinin “qara siyahısı”

Lapşin 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərinə səfər etdiyinə görə Azərbaycanın persona non-qrata elan etdiyi adamdır. Lapşin bunu lağlağı ilə qeyd edir. Buna baxmayaraq, o, Ukrayna pasportu ilə Tiflis-Bakı qatarına oturur və iyunun 15-də Bakıda peyda olur. Belə bir şərhi də var ki, “Məni, adi adamı dünya şöhrətli şəxslərlə bir sırada tutdular.

Çünki Azərbaycan Formula-1-ə o qədər pul qoyub ki, sərhəddə hansısa qalmaqal biyabırçılıq olardı. Düzrdür, onsuz da o, Formula-1-ə qalmayaraq, Tehrana uçmuşdu. Lakin Bakıda olduğu bir-iki gün ərzində ölkəmizi yenə də ağ yuyub qara sərmişdi.

Adı “qara siyahı”da olan Lapşinin sərhədi necə keçməsi maraqlıdır. Belə ki, Ukrayna pasportlarında “Aleksandr” yox, “Oleksandr” yazılır.

Güman ki, “qara siyahı”da bu ad (Oleksandr) olmayıb və bu səbəbdən Lapşin sərhədi sərbəst keçə bilib. Dövlət Sərhəd Xidməti indiyədək bu barədə bir dəfə olsun belə açıqlama verməyib. Sualımıza da belə cavab verdilər ki, “O adamın DSX barədə yazdıqları ağ yalandır. Ola bilsin ki, başqa adamın adı ilə gəlib”). Yeri gəlmişkən, Lapşin həmin yazısında o, az qala, adamlara Azərbaycana necə keçməyin yollarını “tədris edir”.

Məhz Azərbaycan Respublikasının Baş Prokurorluğu bütün bunları əsas gətirərək, beynəlxalq axtarışa verib. Prokurorluğun məlumatına görə, A.Lapşının hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmış və barəsində dövlətlərarası axtarış elan edilmişdir.

Həmin mənbənin məlumatına görə, Belarusun hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Lapşin saxlanılıb və hazırda A.Lapşinin Azərbaycan Respublikasına ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər aparılır.

Belarus Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Pyotr Kiselyov “IstiPress”-ə bildirib ki, A.Lapşin Azərbaycanın müraciəti əsasında dövlətlərarası sazişə əsasən saxlanılıb və onun Azərbaycana ekstradisiyası ilə bağlı hüquqi müstəvidə işlər aparılır və bu proses bir ayadək davam edə bilər.

O, Lapşinin Azərbaycana təhvil verilməsini istisna etməyib. P.Kiselyov hal-hazırda A.Lapşinin təcridxanada saxlanıldığını da deyib.

Qeyd edək ki, Azərbaycan Cinayət Məcəlləsinin 276-cı maddəsi casusluğa görə 12 ildən 15 ilədək, 318-ci maddənin 1-ci hissəsi ilə sərhədi pozmağa görə 2 ilədək, 318-ci maddənin ikinci hissəsi ilə digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək dövlət sərhədini pozmağa görə ən ağır halda 5 ilədək həbc cəzası nəzərdə tutur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə