Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əli Abbasov Azərbaycanı tərk edir? – ÖZƏL
Əli Abbasov Azərbaycanı tərk edir? – ÖZƏL
19 Dekabr 2016 / 17:35 / Baxış sayı: 1768
Font1 Font2 Font3 Font4

“MTN işi”nə postunu itirən sabiq nazir Əli Abbasovun əmlaklarını kütləvi şəkildə satışa çıxarması ilə bağlı mətbuatda məlumatlar yayılmışdı. Bildirilirdi ki, keçmiş nazir oğlunun və yaxın qohumlarının adına olan əmlakı, dəyər-dəyməzinə satır.

Ümumiyyətlə, əmlakını tez tələsik satışa çıxarmaq ölkəni tərk etməyə hesablanmış addımın işartısıdır. arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, yaxın günlərdə Əli Abbasovun Azərbaycanı tərk etməsi gözlənilir. Ölkədən çıxması ilə bağlı rəsmi heç bir qadağası olmayan keçmiş nazirin Rusiyaya üz tutacağı gözlənilir.

Məlumatda qeyd olunur ki, Əli Abbasovun oğlu ABŞ-da təhsil alıb, orda özünə iş, böyük biznes qurub və hazırda orada yaşayır. Əli Abbasov isə Avropa dövlətlərinə deyil, məhz Rusiyaya üz tutması ordakı böyük əlaqələrinin olması ilə bağlıdır.

Müalicə adı ilə ölkəni tərk edən Əli Abbasovun geri qayıtmasını mümkünsüz hesab edən mənbə əlavə edir ki, artıq Rusiyada Əli Abbasovun harada yaşayacağı da müəyyənləşib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə