Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda xanım həkimlərin içki məclisi – Rəsmi açıqlama
Bakıda xanım həkimlərin içki məclisi – Rəsmi açıqlama
19 Dekabr 2016 / 17:58 / Baxış sayı: 1134
Font1 Font2 Font3 Font4

Bu gün sosial şəbəkələrdə Bakı Sağlamlıq Mərkəzinin həkimlərinin iş yerində içki məclisindən fotolar yayımlanıb. 
Fotoda həkimlərin əllərində içki qədəhlərinin, stolun üzərində isə içki şüşəsinin olması ciddi müzakirələrə səbəb olub. Xanım həkimlərin ağ xalatda olması və boğazlarından iş vəsiqələrinin asılması məclisin iş yerində olması ilə bağlı narahatlıq yaradır.

Məsələ ilə bağlı AzNews.az-a açıqlamasında Bakı Sağlamlıq Mərkəzindən bildirildi ki, sözü gedən foto 3 il bundan əvvəl çəkilib:

“Bu bizim mərkəzdə olmayıb. Tibb işçilərinin peşə bayramında çəkilib.”

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın sözlərinə görə, fotodakı həkimlər peşə bayramlarını qeyd edir:

“Onlar peşə bayramlarını restoranda qeyd edirlər.”(aznews.az)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə