Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

TIR yarmarkaya girdi – 12 ölü, 50 yaralı
TIR yarmarkaya girdi – 12 ölü, 50 yaralı
20 Dekabr 2016 / 10:48 / Baxış sayı: 594
Font1 Font2 Font3 Font4

Berlində dəhşətli hadisə yaşanıb.

Almaniyanın paytaxtı Berlində Milad yarmarkasına TIR girib. Hadisə zamanı ən az 12 nəfər ölüb, 50-dən çox yaralı var. Səlahiyyətlilər ölü sayının artacağını istisna etmirlər.

Alman polisi hadisənin qəza olmadığını, TIR-ı idarə edən sürücünün bilərək yük maşınını yarmarka istiqamətində sürdüyünü söyləyərək, baş verəni terror adlandırıb. Bu qəza 5 ay öncə Fransanın Nice şəhərində meydana gələn və məsuliyyətini İŞİD-in öz üzərinə götürdüyü hadisəni xatırladıb.

Belə ki, bu ilin 15 iyulunda Fransanın milli bayramı olan Bastille Gününü qeyd edən kütlənin arasına yük maşını daxil olmuş, nəticədə 86 nəfər ölmüş, 200-dən çox insan yaralanmışdı.

Polis yerli əhalini ola biləcək yeni terrorlara qarşı xəbərdar edib.

Hadisədən dərhal sonra TIR-ın sürücüsü  saxlanılıb.

arxiv.bizimxeber.az 

 

Qeyd edək ki, İŞİD bu ilin mart ayında Almaniyanı terror hücumları ilə hədələyib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə