Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Keçmiş arvadının sevgilisini öldürdü – Tərtərdə qətl
Keçmiş arvadının sevgilisini öldürdü – Tərtərdə qətl
20 Dekabr 2016 / 11:06 / Baxış sayı: 558
Font1 Font2 Font3 Font4

Tərtər rayonunda qətl hadisəsi törədilib.

Bu barədə arxiv.bizimxeber.az-a rayon prokurorluğundan məlumat verilib.

Məlumata görə, Tərtər rayon sakini Hüseynov Vüqar Sabir oğlu mübahisə zəminində 35 yaşlı Tanrıverdiyev Qaraxan Rövşən oğluna iki bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Belə ki, V. Hüseynov bir müddət əvvəl arvadı Cəmilə Əhmədovadan ayrılıb. Bundan sonra C.Əhmədova Q.Tanrıverdiyevlə birlikdə ər-arvad kimi yaşayıb. Keçmiş arvadını qısqanan V.Hüseynov Q.Tanrıverdiyev və C.Əhmədovanın birgə kirayədə yaşadığı evə gələrək mübahisə edib və nəticədə qətl hadisəsini törədib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, V.Hüseynovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə