Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Killer səfiri öldürmək planını harada qurub?
Killer səfiri öldürmək planını harada qurub?
20 Dekabr 2016 / 12:01 / Baxış sayı: 850
Font1 Font2 Font3 Font4

Ankarada rəsm sərgisinin açılışında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən polis məmuru Mövlud Mert Altıntaşla bağlı yeni detallar ortaya çıxıb. Modern.az saytı Türkiyə KİV-nə istinadla xəbər verir ki, Ankara Çevik Qüvvətlər Müdirliyinin əməkdaşı Mövlud Mert sui-qəsddən əvvəl tədbirin keçirildiyi yerə yaxın olan oteldə qalıb.

Məlumata görə, killer həmin gün işə getməmək üçün icazə alıb. Və o, hadisənin törədildiyi Çağdaş Sənətlər Mərkəzinin arxa tərəfində yerləşən otelə gedib. Bildirilir ki, polis məmuru sui-qəsd planını da bu oteldə planlayıb.
Altıntaş qaldığı oteldə üzünü qırxıb, kostyum geyinib, qalstuk taxdıqdan sonra tədbir olan yerə gedib.

Qeyd edək ki, Andrey Karlovu öldürən Altıntaş zərərsizləşdirilib. Hadisədən sonra onun atası, anası və bacısı da daxil olmaqla 5 nəfər saxlanılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə