Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İrkutskda rusları qıran zəhərin istehsalçısı Azərbaycanda tapıldı…
İrkutskda rusları qıran zəhərin istehsalçısı Azərbaycanda tapıldı…
20 Dekabr 2016 / 14:50 / Baxış sayı: 2314
Font1 Font2 Font3 Font4

Rusiyanın İrkutsk vilayətində son məlumata görə azı 58 nəfərin ölümünə səbəb olan “Boyarışnik” lasyonunun istehsalçısı Azərbaycanda tapılıb. Virtualaz.org xəbər verir ki, bu haqda “Komsomolskaya Pravda” yazır.

Tərkibində ölümcül metil spirti olan “Boyarışnik” lasyonunun (istehsalçılar bunu məhz lasyon adı altında buraxır və etiketində xəbərdar edir ki, daxilə qəbul etmək olmaz, ancaq Rusiyanın hər yerində “Boyarışnik” satan küçə avtomatları belə var) istehsal olunduğu kustar sexləri axtaran polis Klyuçevoy küçəsi, 5 ünvanında belə məkanlardan birini tapıb və orada axtarış aparıb. Qəzetin müxbiri də həmin sexə baş çəkib, məlum olub ki, saxta spirtli içkilərin doldurulduğu sexə bitişik belə içkilərin satıldığı mağaza da var. Mağazanın üstündəki reklam lövhəsində yazılıb: “Doldurma içkilər. Aşağı qiymətlər”. Şəkillərdə isə bahalı spirtli içkilərin-brend, viski və likörlərin təsviri yer alır.

Qapı isə bağlıdır. Hasardan bazanda həyətdə cəmi bir neçə gün əvvələ qədər qızğın iş getdiyi görünür. Hər tərəf boş kanistrlərlə, plastik butulkalarla, vedrələrlə doludur. Qarın üstündə çoxlu ayaq izləri var. Yerli sakinlər deyir ki, sexin və ona bitişik mağazanın sahibi Abbasov familiyalı azərbaycanlıdır, qastarbayterdir. Sexdə isə onun həmyerliləri işləyirdi. Ancaq indi nə Abbasov var, nə işçiləri. İçəridə it hürür…

Bununla belə jurnalist yerli sakinlərdən Abbasovun telefon nömrəsini tapıb və onunla əlaqə saxlayıb.

-Allo, Klyuçevoy küçəsi, 5-də sizin sahənizdir?

-Hə. Nə baş verib ki? (Söhbətin nədən getdiyini başa düşsə də Abbasov özünü bilməməzliyə qoyub sınıq-salxaq rus dilində cavab verir)

-Dünən bura polislər gəlib. Siz burada olmusuz?

-Yox, mən ümumiyyətlə, hazırda Azərbaycandayam.

-Bəs alkoqol doldurma sexi sizindir?

-Nə sex? Heç nə bilmirəm. Mən artıq səkkiz ildir ki, peraşki-meraşki işi ilə məşğulam. Dörd il əvvəl sahəni almışam, istehsala başlamışam. Orada heç bir alkoqol yoxdur. Mən sonuncu dəfə sahədə dekabrın 7-də olmuşam. Evin açarını da heç kimə verməmişəm. Yeni ilə doğru qayıdıb məşğul olacam.

Abbasov düz deyir, yoxsa aldadır, bunu Rusiya İstintaq Komitəsinin müstəntiqləri araşdıracaq. Ancaq Abbasovun sexindən cəmi bir neçə saat sonra polislər daha bir gizli sex aşkar ediblər…Sakinlər isə deyir ki, belə sexlər İrkutskda çoxdur. İrkutsk sakinləri hələ ötən il hüquq-mühafizə orqanlarına ərizə yazaraq “Boyarışnik”in istehsalını dayandırmağı tələb ediblər. Lakin onlara verilən cavabda deyilir ki, “Boyarışnik” lasyondur və daxilə qəbul üçün nəzərdə tutulmayıb. Bu səbəbdən istehsalını qadağan etmək mümkün deyil.

Statistikaya görə Rusiyada kişilərin 8 faizi surroqat alkoqoldan istifadə edir, hər il ölkədə on minlərlə adam “Boyarışnik” və digər bu kimi zəhərlərdən içib ölür…

Virtualaz.org



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə