Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dünyanın ən təhlükəsiz şəhəri
Dünyanın ən təhlükəsiz şəhəri
31 Dekabr 2016 / 14:30 / Baxış sayı: 1278
Font1 Font2 Font3 Font4

Böyük Britaniyanın “Economist” jurnalının bölməsi olan “Economist Intelligence Unit” Araşdırma Mərkəzi dünyanın ən təhlükəsiz şəhərlərinin reytinqini dərc edib.

Bizimxəbər.az xəbər verir ki, bu barədə Report Araşdırma Mərkəzə istinadən xəbər verir.

Qeyd olunur ki, dünya əhalisinin əksəriyyəti şəhərlərdə yaşadığından yaşamaq üçün yer seçərkən orada təhlükəsizlik prioritet olur.

Dünyanın ən təhlükəsiz şəhəri 38 milyon əhalisi olan Yaponiya paytaxtı Tokio seçilib. Tokio həm də dünyanın ən bahalı şəhəri adına layiq görülüb.

İkinci yer Sinqapura, üçüncü yer isə Yaponiyanın başqa bir şəhəri Osakaya verilib.

Avropanın ən təhlükəsiz, dünya üzrə isə 4-cü təhlükəsiz şəhər kimi İsveç paytaxtı Stokholm göstərilib. Beşinci yeri Hollandiya şəhəri Amsterdam tutub.

Qeyd edək ki, araşdırmalarda şəhərlər dörd əsas parametr – rəqəmsal təhlükəsizlik, səhiyyə təhlükəsizliyi, infrastruktur təhlükəsizliyi və şəxsi təhlükəsizlik əsasında 40 göstərici üzrə qiymətləndirilir. Bu göstəricilər üzrə şəhərlərə 100 ballıq şkala ilə qiymət verilir.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə