Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Maşallah Əhmədov xəstəxanaya yerləşdirildi
Maşallah Əhmədov xəstəxanaya yerləşdirildi
20 Dekabr 2016 / 17:00 / Baxış sayı: 424
Font1 Font2 Font3 Font4

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

M. Əhmədovun səhhətində yaranan ciddi problemlərə görə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Bu barədə məhkəməyə Bakıdakı klinikalardan birindən müraciət daxil olub.

Buna görə məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, M. Əhmədova bu gün hökm oxunmalı idi. Prokuror ona 9 il həbs cəzası istəmişdi.

Xatırladaq ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb.

M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.(APA)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə