Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirildi
Rusiyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirildi
20 Dekabr 2016 / 19:01 / Baxış sayı: 566
Font1 Font2 Font3 Font4

Türkiyədəki hadisədən sonra Rusiyanın Azərbaycandakı səfirliyinin mühafizəsi üçün təhlükəsizlik tədbirləri gücləndirilib. Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

“Bizə Azərbaycan Xarici İşlər Nazirliyinin protokol şöbəsindən zəng vuraraq soruşdular ki, mühafizə üçün əlavə tədbirlərə ehtiyac varmı? Biz cavab verdik ki, Azərbaycanda özümüzü təhlükəsiz hiss edirik. Bununla belə, qərar verdilər ki, mühafizə gücləndirilsin”, – deyə səfir qeyd edib.

Xatırladaq ki, dekabrın 19-da axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə