Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məni ancaq Allah məğlub edə bilər
Məni ancaq Allah məğlub edə bilər
21 Dekabr 2016 / 9:10 / Baxış sayı: 598
Font1 Font2 Font3 Font4

Seçkilərdə uduzan prezident: “Mən postumdan getməyəcəm”
Qambiya prezidenti Ayə Camme yanvarın 19-da mandatı başa çatdıqdan sonra vəzifəsini tərk etməkdən imtina edib. APA-nın  xəbərinə görə, bu barədə “Röyters” məlumat yayıb.

“Mən qorxaq deyiləm. Mənim hüquqlarımı pozmaq olmaz. Mənim mövqeyim belədir. Allahdan başqa heç kim məni qələbədən məhrum edə bilməz”, – deyə Ayə Camme bildirib.

“Mən öz postumdan getməyəcəm”, – deyə o əlavə edib.

Qeyd edək ki, Qambiyada prezident seçkiləri dekabrın 1-də keçirilib. Yerli MSK-nın məlumatına görə, səsvermənin nəticələrinə əsasən, müxalif Vahid Demokratik Partiya (UDP) tərəfindən namizədliyi irəli sürülən Adəm Barrou seçicilərin 45,5 faizinin etimadını qazanaraq seçkilərdə qələbə qazanıb.  Hazırkı prezident Ayə Camme isə 36,7 faiz səs toplayıb.

Səsvermənin nəticələri elan edildikdən sonra Ayə Camme seçkilərin nəticələrini qəbul etmədiyini bəyan edib.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə