Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rus səfirin ölümünə nazirdən sərt reaksiya
Rus səfirin ölümünə nazirdən sərt reaksiya
21 Dekabr 2016 / 9:17 / Baxış sayı: 622
Font1 Font2 Font3 Font4

“Rusiya səfiri Andrey Karlovun Ankarada öldürülməsi sanki Türk polisinin düşünülmüş sui-qəsdidir. Bunu belə təqdim etmək böyük haqsızlıqdır. Bu açıq-aşkar törədilən bir terrordur”
arxiv.bizimxeber.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ bildirib. Onun sözlərinə görə, qatilin Türkiyə polisinin formasında olması belə, bu hadisənin kirli məqsədlərlə törədilən terror olduğunu gizlədə bilmədiyini deyib.

Andrey Karlovun ölümü ilə nəticələnən terroru lənətlədiyini deyən türkiyəli nazir, Rusiya xalqına və səfirin ailəsinə dərin hüznlə başsağlığını bildirib.

“Əminəm ki, bu hücumun arxasında dayananlar, terrorun təşkilatçıları aradırmalar zamanı məlum olacaq. Bundan heç kimin şübhəsi olmasın. Bu Rusiya ilə Türkiyə arasında münasibətlərin korlanması üçün atılan güllədir. Belə təxribatlarla iki böyük dövlətin arasında nifah salmaq mümkün deyil”, – deyə Bekir Bozdağ vurğulayıb.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə