Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rusiya Türkiyə ilə siyasi soyuqlaşma başladı- Viza danışıqları dayandı…
Rusiya Türkiyə ilə siyasi soyuqlaşma başladı-  Viza danışıqları dayandı…
21 Dekabr 2016 / 12:32 / Baxış sayı: 1388
Font1 Font2 Font3 Font4

Rusiya səfiri Ankarada qətlə yetirildikdən sonra Moskva Türkiyə ilə vizasız rejimə dair danışıqları dondurub 

Bu iddia ilə Rusiyanın “İzvestiya” nəşri çıxış edib. Qəzetin XİN-dəki mənbələrinə istinadən yaydığı məlumata görə, danışıqlar qeyri-müəyyən vaxtadək təxirə salınıb. Ayrıca Rusiya hökuməti Türkiyədəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcək.

“Türkiyə hökuməti ölkəyə gələn şəxslərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi işlər görməkdə davam etməlidir və Rusiyaya səfər etmək niyyətində olanların hamısının əsaslı yoxlanılmasına zəmanət verməlidir”, – deyə mənbə bildirib. Onun sözlərinə görə, son zamanlar baş vermiş faciəli hadisələr və cari ildə olmuş bir sıra insidentlərə görə Rusiya Türkiyə ilə viza rejimini ləğv etməyə hazır deyil.

Xatırladaq ki, bir neçə ay əvvəl səfir Andrey Karlov Türkiyə vətəndaşları üçün viza rejimini ləğvinə tələsməməyə çağırmışdı. Onun fikrincə, ölkədə təhlükəsizliyin təmin edilməsi üçün bütün tədbirlər görülməmişdi.(axar.az)

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə