Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Terror təhlükəsindən heç bir ölkə sığortalanmayıb” – ŞƏRH
“Terror təhlükəsindən heç bir ölkə sığortalanmayıb” – ŞƏRH
21 Dekabr 2016 / 14:44 / Baxış sayı: 772
Font1 Font2 Font3 Font4

“Terror təhlükəsindən heç bir ölkə sığortalanmayıb”. Bunu BakiPost.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu son vaxtlar qonşu dövlətlərdə olduğu kimi ölkəmizdə də terror təhlükəsinin ola bilmə ehtimallarını şərh edərkən deyib.

Onun sözlərinə görə, dünyanın supergücü olan Amerika Mərkəzi Kəşfiyyat İdarəsi kimi güclü struktura malik olsa da, 2001-ci ilin 11 sentyabrında baş verən terror aksiyalarının qarşısını ala bilmədi, 3 minə yaxın ABŞ vətəndaşı qətlə yetirildi: “Bu gün Türkiyə müxtəlif təhlükələrlə üz-üzədir, PKK, YPG, PYD, İŞİD, Gülən şəbəkəsi – bunların hamısı qardaş ölkəni hədəf alıb. Ona görə də Türkiyəyə çətindir. Hər gün qardaş ölkədə partlayış və terror aksiyası baş verir. Bu, faktiki adı çəkilən qüvvələrin Türkiyəyə müharibə elan etməsidir. Rusiyanın özü də Suriyaya hərbi müdaxilədən sonra beynəlxalq terrorçuların hədəfi halına gəlib. Bir neçə ay ərzində Moskva və Sankt-Peterburqda bir neçə qrup terrorçu zərərsizləşdirildi ki, Rusiyanın böyük şəhərlərində terror planlaşdırırdılar”.

Elxan Şahinoğlu bildirib ki, ətrafımızda baş verən bu hadisələrdən biz də lazımi dərs çıxarmalıyıq: “Öncə ölkədə təhlükəsizlik tədbirlərini gücləndirmək və mümkün təhlükənin hardan gələ biləcəyini müəyyənləşdirmək lazımdır. Digər lazımi tədbir isə əhalinin ayıq-sayıq olmasıdır, vətəndaşlar şübhə doğuran hallar haqqında dərhal hüquq mühafizə orqanlarına məlumat verməlidirlər.

Həmçinin biz Suriya və İraqda savaşa yollanan Azərbaycan vətəndaşları haqqında məlumatlı olmalıyıq. Biz bunun səbəblərini araşdırmalıyıq ki, niyə Dağlıq Qarabağ kimi problemi olan Azərbaycan vətəndaşı ona aidiyyəti olmayan uzaq ölkələrə gedərək məqsədi və məramı bəlli olmayan müharibədə həlak olmaq istəyir, hələ üstəlik ailəsini də uçuruma yuvarladır”.

Politoloq Ermənistandan başqa hansısa digər konkret ölkənin Azərbaycanda terror olayında maraqlı olduğunu düşünmədiyini deyib:“Çünki belə bir hadisə baş verərsə, terrorun mənbəyi dərhal bəlli olacaq və Azərbaycanın həmin ölkə ilə münasibətləri gərginləşəcək. Buna baxmayaraq müxtəlif ölkələrdə fərqli qruplar da var ki, onlar Azərbaycanı içəridən qarışdırmaq üçün istənilən plan tərtib edə bilərlər.

Məsələn, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri bir çox radikal islamçı qrupun və onların havadarlarının xoşuna gəlmədi. Belə qrupların ağlına min cür fikir gələ bilər. Ona görə təhlükəsizliyimizə cavabdeh olan qurumlar həmin qrupların Azərbaycana müdaxilə imkanlarını neytrallaşdırmalıdırlar”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə