Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rus ekspert: “Putinə qarşı dövlət çevrilişi hazırlanır”
Rus ekspert: “Putinə qarşı dövlət çevrilişi hazırlanır”
21 Dekabr 2016 / 15:48 / Baxış sayı: 874
Font1 Font2 Font3 Font4
Rusiyada hakimiyyət çevrilişi baş verə bilər.
Axar.az xəbər verir ki, bunu “Online.ua” saytına müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski söyləyib. Elita ilə Rusiya prezidenti Vladimir Putin arasında qarşıdurmanın yaşandığını bildirən ekspert sonucun Qərblə münasibətlərdən asılı olacağını bildirib:
“Təhdid təkcə 2018-ci ilin martında hansısa seçkinin keçirilməsi deyil. Putin üçün əsas təhdid 2018-ci ilin martına qədər elitada prezidentin onların maraqlarına cavab vermədiyi fikrinin ciddi şəkildə ortaya çıxmasıdır. Rejim şəxsi brendi dəyişə bilər. Qanuna uyğun olaraq bu cür rejimləri saray çevrilişləri ilə dəyişirlər. Səbəb isə kifayət qədər çoxdur. Buraya xarici siyasətdə kifayət qədər olan məğlubiyyətləri aid etmək olar. Moskvanın təbliğatı onları qələbə kimi təqdim edir. Burada bir zaman Xruşşova qarşı həyata keçirilən ssenari gerçəkləşdirilə bilər.
Əgər çevriliş olsa, o zaman müxalifətin nümayəndəsi olan Aleksey Navalnı (bir müddət öncə prezidentliyə namizədliyini verəcəyini bəyan edib. – red.) ya elitanın yeni nümayəndəsinin rəqibi, ya da ki, elitanın öz nümayəndəsi olacaq. Putin elitasına göstərmək istəyir ki, Qərblə işgüzar əlaqələri dəstəkləyə bilər. Rusiya oliqarxları Qərblə işgüzar əlaqələr olmadan mövcud ola bilməzlər. Onların bütün varidatı Qərbdədir. Üstəlik, Rusiya iqtisadiyyatı Qərb kreditləri və texnologiyasından asılıdır. Oliqarxların şəxsi həyatları da Qərbdədir. Onlar öz sevgililəri, övladları, həyat yoldaşlarını burada yaşadırlar. Əgər Putin onlara bunu verə bilməsə, onlar yeni insan axtaracaqlar”.
Bizimxəbər.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə