Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dövlət qurumlarında iş saatı dəyişdirilə bilər – YENİ TƏKLİF
Dövlət qurumlarında iş saatı dəyişdirilə bilər – YENİ TƏKLİF
21 Dekabr 2016 / 16:00 / Baxış sayı: 1004
Font1 Font2 Font3 Font4

“Bakı şəhərində iş saatının dəyişdirilməsi ilə bağlı müvafiq orqanlara təkliflərimizi göndərmişik”.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli rəhbərlik etdiyi qurumun 1 illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.V. Kərimlinin sözlərinə görə, paytaxt yollarında yaşanan problemlərdən biri bütün müəssisələrdə – istər dövlət, istərsə də özəl təşkilatlarda iş vaxtının saat 09:00-da başlamasıdır. “Təklif etmişik ki, iş vaxtının başlaması 08:00, 08:30 və ya 09:30 götürülsün. Bunun üzərinə ciddi iş gedir. Biz bunu ilkin olaraq dövlət qurumlarında tətbiq etməyə nail olmaq istəyirik. Əgər təklif müsbət dəyərləndirilsə, saat 09:00-dan öncə yollarda yaşanan tıxac probleminin 20%-ni həll edə bilərik. Bu, ciddi göstəricidir”, – deyə baş direktor əlavə edib.

arxiv.bizimxeber.az 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə