Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu qruplaşma Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürüb
Bu qruplaşma Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürüb
21 Dekabr 2016 / 16:33 / Baxış sayı: 814
Font1 Font2 Font3 Font4

“Ceyş əl-Fəth” (“Fəth ordusu”) hərbi qruplaşması  Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti üzərinə götürüb.

APA-nın xəbərinə görə, bu barədə “As-Sumariya” kanalı məlumat yayıb.

“Ceyş əl-Fəth” (“Fəth ordusu”) Suriyanın İdlib şəhərində müxalif qrupların bir araya gələrək yaratdığı qruplaşmadır. Qruplaşmanın tərkibinə “Əl Nüsra Cəbhəsi”, “Əhrar-uş-Şam”, “Liva əl-Haqq”, “Şam Legionu”, “Cund əl-Aksa”, “Ceyşül Sünnət” və “Əcnəd əl-Şam” qrupları daxildir.

Hadisə ilə bağlı 13 nəfərin saxlanıldığı bildirilir. Onların arasında qətli icra edən Mert Altıntaşın anası, atası, bacısı və digər qohumları var.

Xatırladaq ki, dekabrın 19-u axşam saatlarında Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri A. Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

Bizimxəbər.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə