Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Çovdarov məni hədələdi, ona 300 min manat verdim”
“Çovdarov məni hədələdi, ona 300 min manat verdim”
21 Dekabr 2016 / 17:22 / Baxış sayı: 824
Font1 Font2 Font3 Font4

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi məhkəmə prosesi günü ikinci yarısında davam etdirilib.

APA-nın xəbərinə görə, prosesdə Günün ikinci yarsında davam edən prosesdə zərərçəkmiş İ. Aşurbəyovun qayınatası Əflatun Kərimov ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiq edib. Bildirib ki, kürəkəni İ. Aşurbəyov ondan 50 min manat borc pul alıb. O, İ. Aşurbəyovun MTN əməkdaşlarına pul verməsindən xəbərdar olduğunu söyləyib.

Proses dekabrın 26-da davam edəcək.

***

14.45

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, prosesdə zərərçəkmiş şəxs qismində İlqar Aşurbəyov ifadə verib. O, A. Çovdarova 300 min manat verdiyini deyib. Bildirib ki, A. Çovdarov ona hədə-qorxu gəlib və ailəsi ilə hədələyib: “Akif Çovdarov dedi ki, ailəm var. Mən də bu sözdən qorxduğum üçün ona pulu verdim”.

 

A. Çovdarov isə onun dediklərini təkzib edib. Bildirib ki, İ. Aşurbəyovun onunla şəxsi qərəzi olub: “Nazir Eldar Mahmudovun bir tapşırığı ilə bağlı mən işçimə tapşırıq vermişdim. İşçim həmin tapşırıqla bağlı İlqar Aşurbəyovdan bir məsələni soruşmuşdu. O da mənim işçimə kobud cavab vermişdi. Bunu nazirə məruzə etdim, O, İlqar Aşurbəyovu cəzalandırdı. Buna görə onun mənimlə qərəzi var”.

Vəkillər İ. Aşurbəyovdan baş verənlərlə bağlı hansısa quruma şikayət edib-etməməsini soruşublar. O bildirib ki, heç kimə şikayət etməyib və vəzifədən çıxandan heç kimlə təması olmayıb.

Daha sonra iclasda şahid qismində keçmiş MTN əməkdaşı, hazırda DTX-nın idarə rəisi olan Anar Abdiyev ifadə verib. O, zərərçəkmiş Tofiq İbrahimovdan 62 min manat alması haqqında deyilənləri təkzib edib.

Proses günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Bizimxəbər.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə