Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lənkarand adini radiklizmlə bağlı tədbir keçirildi
Lənkarand adini radiklizmlə bağlı tədbir keçirildi
21 Dekabr 2016 / 18:18 / Baxış sayı: 760
Font1 Font2 Font3 Font4

Dini radikalizmin və terrorçuluğun yayılmasının qarşısının alınması üçün vətəndaş təşəbbüskarlığı artmalıdır

Biizmxeber.az saytına verilən xəbərə görə, Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyi (DANİB) Lənkəranda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Təhlükəsizliyi təhdid edən əsas amillər: Dini radikalizm və terrora qarşı maarifləndirmə işinin təşkili” mövzusunda konfrans keçirib. DANİB sədri Elməddin Behbud dini radikalizmə qarşı bütün istiqamətlərdə mübarizə aparılmasının, bu sahədə vətəndaş təşəbbüskarlığının artırılmasının zəruri olduğunu deyib. Elməddin Behbud xüsusi ilə qlobal təhlükəsizliyin əsas təhdid vasitələrindən birinə çevrilmiş dini radikalizmin və terrorçuluğun aradan qaldırılması və yayılmasının qarşısının alınması üçün səmavi dinlərin mahiyyətinin həqiqi şəkildə təbliğinə, maarifləndirmə işinin davamlı şəkildə aparılmasına hər zaman ehtiyac olduğunu bildirib.

MEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Müşviq Şükürov, Lənkəran şəhər İcra Hakimiyyətinin ictimai-siyasivə humanitar məsələlər şöbəsinin müdir müavini Aydın Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayi Məmmədov, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin cənub bölgəsi üzrə nümayəndəliyinin əməkdaşı Samid Quliyev çıxış edərək qlobal çağrışlara adekvat cavab vermək, milli maraqlarımızı qətiyyətlə qorumaq, ölkəmizdə sabitliyə təhlükə yarada biləcək bütün amillərə qarşı səmərəli mübarizə aparmaq üçün dövlət və vətəndaş cəmiyyəti institutlarının yaxından əməkdaşlığının vacib olduğunu vurğulayıblar. Çıxışçılar Azərbaycanın milli və dini palitrasının əsrlərdir sülh və bərabərhüquqluluq şəraitində yaşadığını və dünyada tolerantlıq nümunəsi kimi tanındığını və milli dəyərləri qoruyub saxlamağın vacib olduğunu vurğulayıblar.

arxiv.bizimxeber.az 

lenkoran (5)

lenkoran (4)

lenkoran (3)

lenkoran (2)

lenkoran (1)



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə