Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha 3 yarmarka çadırı söküldü-Bakıda
Daha 3 yarmarka çadırı söküldü-Bakıda
21 Dekabr 2016 / 21:11 / Baxış sayı: 702
Font1 Font2 Font3 Font4

Yeni il yarmarkalarının keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) paytaxtda təşkil etdiyi daha 3 çadır sökülüb.
Bu barədə trend-ə BŞİH-nin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib ki, fəaliyyətinə icazə verilmədiyi üçün metronun “Əhmədli”, “Nərimanov” və “Neftçilər” stansiyasının qarşısında qurulan çadırlar sökülüb:

“Hazırda Fövqəladə Hallar Nazirliyinə çadırların texniki şərti üçün etdiyimiz müraciətə cavab gözləyirik. Əgər müraciətə müsbət cavab verilməsə, çadırların hamısı söküləcək və yeni il yarmarkaları açıq hava şəraitində keçiriləcək. Biz sadəcə yeni ildə havaların soyuq və yağıntılı olmasını nəzərə alaraq yarmarkaların çadırlarda keçirilməsini istəyirdik. Bu həm də küçə ticarətinin qarşısını almaq məqsədi daşıyırdı. Amma, icazə verilməsə, açıq havada təşkil edəcəyik”.

Qeyd edək ki, yeni il yarmarkalarının keçirilməsi üçün Bakıda 12 çadır qurulmuşdu. Həmin çadırlardan 4-ü sökülüb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə