Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda avtoritetin qardaşını avtomatla güllələdilər – ŞOK CİNAYƏT – YENİLƏNİB
Azərbaycanda avtoritetin qardaşını avtomatla güllələdilər – ŞOK CİNAYƏT – YENİLƏNİB
22 Dekabr 2016 / 11:03 / Baxış sayı: 2688
Font1 Font2 Font3 Font4

Dünən Masallıda törədilmiş dəhşətli qətlin təfərrüatı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, axşam saatlarında Lənkəran-Boradigah yolunun Masallının Türkoba kəndindən keçən hissəsində 23 yaşlı Quluzadə Murad Əfqan oğlu 37 yaşlı İsmayılov Fariz Maşallah oğlunun sürdüyü “Volkswagen-Passat”a avtomatla 10 dəfədən çox atəş açıb. Sükan arxasında olan F.İsmayılov aldığı güllə yaralarından hadisə yerindəcə keçinib. 

Hadisədən sonra M.Quluzadə silahı ataraq Lənkərana gedib və polis şöbəsinə gələrək təslim olub. O, daha sonra Masallıya gətirilib. Bildirilir ki, qətlə yetirilmiş Fariz İsmayılov Rusiya vətəndaşıdır və lənkəranlı kriminal avtoritet “Piter Elçin”in qardaşıdır. Bu il iyun ayında Sankt-Peterburqun “Sofiya” tərəvəz bazasında “Piter Elçin”in 43 yaşlı qardaşı Maarif  İsmayılov da 27 yaşlı azərbaycanlı killer Emil Hüseynov tərəfindən güllələnərək qətlə yetirilib.

***

21 dekabr

Masallı rayonunda qətl hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Türkoba kəndi ərazisində qeydə alınıb. Lənkəranın Boladi kənd sakini olan Fariz adlı şəxs naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Hadisə yerində dünyasını dəyişmiş şəxsin meyiti  müayinə olunmaqdan ötrü Cəlilabad morquna aparılıb.

Məlumata görə, hadisəni törətmiş şəxs könüllü polisə təslim olub. Onun qətlə yetirdiyi şəxsin lənkəranlı kriminal avtoritet kimi tanınan Elçinin qardaşı olduğu bildirilir. Hazırda Masallı rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə